Xəbər verdiyimiz kimi, Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda 19 yaşlı Ö.K. əvvəlki oxuduğu məktəbə tüfənglə hücum edib. Hücumdan sonra hadisəni törədən şəxslə bağlı bəzi tükürpədən məqamlar üzə çıxıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədə 16 nəfər yaralanıb, yaralılardan 4-nün vəziyyətinin ağır olduğu bildirilib.
Hücum edən şəxsin 2007-ci il təvəllüdlü Ömər Ketin sosial media hesabında məktəbin "Instagram" səhifəsinə qarşı təhdid dolu şərhlər yazdığı üzə çıxıb. Təqsirləndirilən şəxs şərhində, "Hazır olun, bu məktəbdə bir neçə gün sonra hücum olacaq" - ifadələrini işlədib.
