RU

İstanbulda Sahibə Qafarova və Simonyan arasında görüş gözlənilir

Ayna portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü planlaşdırılır

İstanbulda Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü planlaşdırılır. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə jurnalistlərə Ermənistan Parlamentinin sədri Alen Simonyan deyib.

Spiker xatırladıb ki, rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-dan 19-dək keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında iştirak etmək üçün İstanbula səfər edəcək.

Simonyan qeyd edib ki, tədbir zamanı Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova və Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşməyi planlaşdırır.

"Bir çox ölkənin parlament rəhbərləri iştirak edəcək. Hazırda Azərbaycan və Gürcüstan həmkarlarımızla görüşlər planlaşdırılır", - deyə qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
13
ayna.az

1Источники