RU

ABŞ blokadasına baxmayaraq İran gəmisi dənizə ÇIXDI

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin elan etdiyi dəniz blokadasından sonra İran bayrağı altında üzən ən azı bir yük gəmisinin Oman körfəzindən çıxaraq Ərəbistan dənizinə doğru hərəkət etdiyi bildirilib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Çabahar limanından yola düşən “Şabdis” adlı yük gəmisi Yerevan vaxtı ilə saat 01:10-da Ərəbistan dənizinə daxil olub.

Saat 10:00-a olan məlumata əsasən, gəmi Pakistan sahillərindən təxminən 200 kilometr cənubda yerləşərək Hind okeanı istiqamətində hərəkətini davam etdirib.

Bəzi monitorinq sistemlərinin məlumatına görə, “Şabdis” gəmisi ABŞ sanksiyalarına məruz qala bilər.

Qeyd edək ki, 11 apreldə İran–ABŞ danışıqlarının nəticəsiz başa çatmasından sonra ABŞ Mərkəzi Komandanlığı 13 apreldə İrana qarşı dəniz blokadasına başladığını açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
redaktor.az

2Источники