RU

Dövlət Xidmətinin rəhbəri Rusiya vətəndaşlarına ÇAĞIRIŞ ETDİ

Rusiya Federasiyası vətəndaşlarının ölkəmizdə müvafiq icazələri əldə etmədən müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi feysbuk sosial şəbəkə hesabında paylaşım edib.

“Bu il yanvar ayının əvvəlindən ölkəmizə səfər edən şəxslərin artıq aprel ayından başlayaraq olma müddətləri bitə bilər. Bununla əlaqədar Rusiya Federasiyası vətəndaşlarının xüsusilə yetkinlik yaşına çatmayan övladları olan şəxslərin ölkəyə giriş-çıxış zamanı yarana biləcək narahatlıqlarının qarşısının alınması üçün bu tələbi diqqətdə saxlaması, səfər planlaması zamanı ölkəmizdə olma müddətini hesablaması və ya ölkəni tərk etməzdən əvvəl müvafiq yaşama icazələri əldə etməsi diqqətdə saxlanılmalıdır”, - deyə paylaşımda bildirilib.

Həmçinin qeyd edilib ki, ölkədə olma müddətinin hesablanması üçün xüsusi elektron kalkulyator Dövlət Miqrasiya Xidmətinin internet səhifəsində yerləşdirilib.

Xidmət rəisi vurğulayıb ki, ətraflı məlumat 919 çağrı xidməti, sosial şəbəkə hesabları və qəbul şöbələrindən əldə edilə bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
5
11
yenisabah.az

10Источники