RU

Yaxın Şərqdə baş verənlərin maliyyə sektorumuza təsirləri - AÇIQLANDI

"Yaxın Şərqdə baş verən hadisələr neftin qiymətinin bahalaşmasına səbəb olur. Neft qiymətlərinin artması tədiyə balansını güclənməsi baxımından əhəmiyyətlidir". 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Məmmədov 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib. 

"Biz digər ölkələrə ilə idxal ixrac əməliyyatları həyata keçiririk İdxal olunan ölkələrdə neft qiymətlərinin artması və məzənnənin ucuzlaşması infilyasiyaya səbəb olur. Biz də infilyasiyanı idxal edirik. Amma bu proseslərin necə təsir edəcəyini demək olmaz, bu prosesləri yaxından izləyirik

Bizim cənub qonşumuz ilə idxal və ixrac əməliyyatlarının həcmi elə də böyük deyil. Maliyyə sektorunun inteqrasiyası da çox deyil. Buna görə də, proseslərin maliyyə sektoruna ciddi təsir edəcəyi gözlənilmir", - deyə o, bildirib.

Избранный
23
fed.az

1Источники