RU

​Türkiyə müxalifəti dağılır:

Türkiyənin ana müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasından (CXP) istefaların ardı-arası kəsilmir.
Metbuat.az xəbər verir ki, CXP-nin təmsil edən daha bir bələdiyyə sədri partiya sıralarını tərk edib. Yerli medianın yazdığına görə, Antalyanın Serik rayonunun bələdiyyə sədri Kadir Kumbul bu gün CXP-dən istefa verib. Kadir Kumburla birlikdə bələdiyyə məclisinin bir neçə üzvü də təşkilatla yollarını ayırıb. Bələdiyyə sədrinin yaxın günlərdə Prezident Ərdoğanın lideri olduğu AKP-yə üzv olacağı bildirilir.

Qeyd edək ki, son ilyarımda 20-yə yaxın müxalif bələdiyyə sədri iqtidar partiyasına qoşulub.

Избранный
7
1
metbuat.az

2Источники