RU

Zerrin Özerin son halı kədərləndirdi

Məşhur müğənni Zerrin Özerin son halı sevənlərini kədərləndirib.

BAKU.WS xəbər verir ki, sənətçi həmkarı Cansever üçün təşkil edilən xeyriyyə gecəsinə əlil arabasında gəlib.

Özer jurnalistlərə açıqlamasında səhhətində problemlər olduğunu bu səbəbdən də artıq yeriyə bilmədiyini deyib:

"Beyincikdə (hərəkətlərin koordinasiyası və müvazinətini tənzimləyən mərkəzi sinir sistemi orqanı) iki qan damarım tıxanıb... Bu, tarazlığıma təsir edir və yeriməkdə çətinlik çəkirəm", - deyə sənətçi qeyd edib.

Zerrin Özerin bu halı pərəstişkarlarını dərindən kədərləndirib.

Sözügedən fotonu təqdim edirik:

Избранный
14
far.az

1Источники