RU

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir...

Vado Korovin vəzifəsindən azad edildi - Kürəkəni əvəz edir...

“Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

AFN.az Manset.az-a istinadən xəbər verir ki, hazırda "Space”də bütün idarəetmə və səlahiyyətlər İcraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.

Qeyd edək ki, ötən gün "Space” telekanalında genişmiqyaslı yoxlamalar aparıldığına dair məlumatlar yayılmışdı. Baş direktorun vəzifəsindən uzaqlaşdırılması da məhz bu yoxlamalar və struktur islahatları ilə əlaqələndirilir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə isə, hazırda idarəetməni əlinə alan Nəriman Əbdüləliyev Vado Korovinin kürəkənidir. Onun həyat yoldaşı Zemfira Korovina da uzun müddətdir ki, "Space”də rəhbər vəzifələrdən birini tutur. Beləliklə, kanalın faktiki rəhbərliyinin ailə daxilində qaldığı bildirilir.

Xatırladaq ki, tanınmış aktyor və prodüser Vado Korovin bir neçə il idi ki, sözügedən telekanala rəhbərlik edirdi.

Избранный
30
29
afn.az

10Источники