RU

DİM də qiymətləndirmə materialları üzrə hazırlıq kurslarına başlanılıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə materiallarının işlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspert və marker hazırlığı kurslarına başlanılıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və informatika fənləri üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.

Hazırlıq kursları həm əyani, həm də onlayn “Zoom” platforması üzərindən təşkil edilib. Regional bölmələr (Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz) üzrə qeydiyyatdan keçmiş iştirakçılar məşğələlərdə onlayn formatda iştirak ediblər.

Hazırlıq kursunda DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva kursun məqsədi və iş planı haqqında iştirakçılara məlumat verib.

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.

Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Hazırlıq kurslarının ikinci məşğələsi növbəti həftə keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
azertag.az

1Источники