RU

"NNS KLİNİKA”nın fəaliyyəti dayandırıldı

"NNS KLİNİKA”nın fəaliyyəti dayandırıldı

Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən "NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar yoxlama keçirilib.

AFN.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, 6-7 aprel tarixlərində aparılan xidməti yoxlama zamanı ciddi qanun pozuntuları aşkar edilib.

Məlumata görə, klinikada lisenziya olmadan tibb fəaliyyəti göstərilməsi və qeydiyyatsız dərman vasitələrindən istifadə faktı müəyyən olunub. Bununla əlaqədar olaraq hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1 maddələri ilə protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Analitik Ekspertiza Mərkəzi "NNS KLİNİKA” MMC-nin cari fəaliyyətinin dayandırılması üçün hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırıb. Həmçinin, işçilərin ixtisasına uyğun vəzifələrinin müəyyən edilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb.

Hazırda klinikanın fəaliyyətinin tam dayandırılması məsələsinə baxılır.

Избранный
50
44
afn.az

10Источники