"Real"ın mərkəz müdafiəçisi Raul Asensio "Bayern" ilə oyunda komandaya kömək edə bilməyəcək.
Publika.az xəbər verir ki, ispaniyalı futbolçu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsininin cavab görüşü üçün “kral klubu”nun heyətinə daxil edilməyib. "Marca"nın məlumatına görə, Asensioya qastroenterit diaqnozu qoyulub.
Cari mövsümdə 23 yaşlı futbolçu bütün turnirlərdə 31 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Real” – “Bayern” qarşılaşmasının cavab oyunu aprelin 15-də Almaniyada keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk oyun Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.