RU

Fərid Qayıbov Avropa Atletika Assosiasiyasının prezidenti ilə birgə layihələri müzakirə edib FOTO

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinovla görüşüb.

İdman.Biz xəbər verir ki, nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə danışıb.

Görüş zamanı Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Görüşdə Avropa Atletika Assosiasiyasının baş icraçı direktoru Kristian Milz və Kommunikasiya departamentinin rəhbəri Biljana Daniçiç, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və baş katibi Məhərrəm Sultanzadə də iştirak ediblər.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
icma.az

2Источники