RU

Seda Sayandan aldadılanlara SƏRT REAKSİYA: “İtirən düşünsün”

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Türkiyəli müğənni və aparıcı Seda Sayan aldanma sonrası depressiyaya düşən insanlarla bağlı açıqlamaları ilə gündəm olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, o bu vəziyyəti böyütməyin doğru olmadığını bildirərək sərt fikirlər səsləndirib.

Sayan aldanma mövzusuna toxunaraq münasibətini qəti şəkildə ifadə edib:

“Əgər aldatdısa, çıxıb getsin. ‘Yenisi’ deyərsən, bitər”.

Açıqlamasında aldanma sonrası depressiyaya düşənləri də anlamaqda çətinlik çəkdiyini deyən Sayan bu fikirləri ilə diqqət çəkib:

“‘Dərhal depressiyaya düşdüm’ cümləsini heç anlamıram. Bu qədər böyütmək nəyə lazımdır?”

O, həmçinin insanları özgüvənli olmağa çağırıb:

“Səni itirən düşünsün. Niyə depressiyaya düşəsən”.

Aynur Babazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
bakivaxti.az

2Источники