RU

Biz xüsusi şeylərə, kambekə qadir olduğumuza inanırıq Arne Slot fanatlara səsləndi

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda 0:2 hesabı ilə uduzduğu PSJ-ilə bu gün "Ebfild"də cavab qarşılaşmasına çıxacaq "Liverpul"un baş məşqçisi Arne Slot geridönüşə inandığını bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:

"Biz xüsusi şeylərə, kambekə qadir olduğumuza inanırıq. Amma bunu həyata keçirmək lazımdır, çünki evdə turnirin son qalibinə qarşı oynayacağıq. Mövcud reallıq məsələni çətinləşdirsə də, mümkünsüzə çevirmir. Fanatlar oyunumuz qədər vacib olacaqlar. Ortaya ötən həftə oynadığımızdan daha yaxşısını qoymalıyıq. Onların futbolçularının bir il öncə də "Enfild"də mübarizə apararaq təcrübə qazanıblar. Düşünürəm ki, fanatlarımız buna hazırdır və təzyiq ötənilkindən də yüksək olacaq".

Toğrul

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
9
35
fanat.az

10Источники