ain.az, Avtosfer saytına istinadən bildirir.
ABŞ-nin aviasiya tənzimləmə qurumu FAA 2 böyük şirkəti (“American Airlines” və “Southwest Airlines”) cərimələyəcəyini bildirib.
Avtosfer.az xəbər verir ki, səbəb uçuş heyətinin narkotik və alkoqol istifadəsi məsələsinə qeyri-ciddi münasibətdir.
Əslində rəsmi qaydada hər şey qaydasında olub. Uçuş heyəti vaxtaşırı alkoqol və narkotik vasitə testlərindən keçirilib. Lakin 2019-2023-cü illərdə testləri müsbət çıxan (metamfetamin, kokain və ya spirt) bort bələdçiləri, mexanik və pilotlar uçuşa buraxılıblar. Onlar heç nə olmamış kimi vəzifələrini icra ediblər.
Şirkətlərin öz qərarlarını əsaslandırmsı üçün 1 ay vaxt verilib. Əks təqdirdə onları 300 min dollaradək cərimə gözləyir.
Vüqar Yaşaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.