RU

Məktəbli sinif yoldaşına siqnal tapançasından atəş açıb

Rusiyada Sankt-Peterburqdan olan yeniyetmə məktəbdə öz sinif yoldaşına silahlı hücum etməkdə şübhəli bilinir.

Moderator.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Hadisə Admiralteyski kanalı sahilində yerləşən təhsil müəssisəsində baş verib. Məlumata əsasən, səkkizinci sinif şagirdi sinif yoldaşına siqnal tapançasından atəş açıb. Nəticədə məktəbli qız yanıq xəsarətləri alıb və o, xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, hadisəni törədən yeniyetmə artıq saxlanılıb, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirirlər. Hadisənin bütün təfərrüatını aydınlaşdırmaq məqsədilə müvafiq yoxlama həyata keçirilir. Şagirdlərin valideynləri məktəbə çağırılıblar.

Избранный
32
1
moderator.az

2Источники