RU

“Müştərilərin xərci azalacaq”

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Yeni tətbiq olunan interçeync xidmət haqları üzrə yuxarı hədd təsərrüfat subyektlərinin xərclərinin azaldılmasına təsir etmiş olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inkişafı departamentinin direktoru Əfqan Abbasov “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqlənməsi ilə bağlı məsələni şərhində bildirib.

“Müxtəlif kateqoriyalar var, əvvəlki kateqoriyalara baxılsa, ən üst kateqoriyada 0,25 bənd azalma müşahidə olunur. Nəticə etibarı ilə banklar öz əməliyyat xərclərini bir daha dəyərləndirərək, hesablamalar edərək təsərrüfat subyektlərinə fərqli xidmət haqları tətbiq olunmasını nəzərdən keçirərək təkliflərini verə bilərlər. Burada müştərilərin xərci azalacaq. Dəqiq rəqəmi artıq dəyişildikdən sonra görmək olacaq”, - qeyd edib.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
1
qafqazinfo.az

2Источники