RU

Çin bu il ilk dəfə “Kinetica 1“ raketini kosmosa buraxıb

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Çin cari ildə ilk dəfə "Kinetica-1" daşıyıcı raketi ilə bir neçə peyki orbitə göndərib.

Moderator.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Raketin buraxılışı çərşənbə axşamı Jiuquan Peyk Uçuş Mərkəzində yerləşən Donqfenq kommersiya meydançasından yerli vaxtla saat 12:03-də (Bakı vaxtı ilə 08:03) icra edilib. Daşıyıcı raket "Gaofen-07A02" Yer səthi müşahidə peyki də daxil olmaqla, ümumilikdə səkkiz peyki planlaşdırılmış orbitə problemsiz şəkildə çatdırıb.

Çin hökuməti öz milli kosmik proqramını sürətlə genişləndirir, naviqasiya, telekommunikasiya və meteoroloji peyklər istehsal edir, həmçinin Ayın öyrənilməsi məqsədilə yeni texnologiyalar yaradır. Dövlətin dəstəyi sayəsində çinli mütəxəssislər Mars planetini və asteroidləri tədqiq etmək yollarını axtarırlar. Hazırda Yer orbitində beynəlxalq tərəfdaşlıq üçün də nəzərdə tutulan Çin kosmik stansiyası işini davam etdirir.

Qeyd edək ki, 2025-ci ildə Çin 92 buraxılış həyata keçirməklə öz əvvəlki rekordunu yeniləyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
moderator.az

2Источники