Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği
Sıra
№-si
Fəaliyyətin növü
Haqqın məbləği (ƏDV daxil,
manatla)
1.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün
qiymətləndirmənin aparılması
11 800,00
2.
Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün təlimlərin keçirilməsi
2.1.
Əsas ixtisas mərhələsi üzrə:
2.1.1.
humanitar minatəmizləmə və döyüş sahəsinin
təmizlənməsi təliminin keçirilməsi
2 400,00
2.1.2.
qeyri-texniki və texniki tədqiqat təliminin keçirilməsi
1 450,00
2.1.3.
tikililərin partlayıcı sursatlardan təmizlənməsi təliminin
keçirilməsi
950,00
2.1.4.
mexaniki vasitə üzrə operator təliminin keçirilməsi
1 550,00
2.1.5.
mexaniki vasitə üzrə operatorun, minaaxtaran heyvan bələdçisinin və xüsusi texnologiyaları idarə edən əməkdaşların minatəmizləmə əməliyyatlarına
inteqrasiyası təliminin keçirilməsi
950,00
2.1.6.
minaaxtaran heyvan bələdçisi təliminin keçirilməsi
4 600,00
2.1.7.
əldədüzəlmə partlayıcı qurğularla tanışlıq təliminin
keçirilməsi
470,00
2.1.8.
ilkin tibbi yardım və tibb işçilərinin inteqrasiyası
təliminin keçirilməsi
470,00
2.1.9.
quyuların və kəhrizlərin təmizlənməsi təliminin
keçirilməsi
440,00
2.1.10.
sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi
təliminin keçirilməsi
200,00
2.1.11.
təkrarlama təlimlərinin keçirilməsi
440,00
2.2.
Yüksək ixtisas mərhələsi üzrə:
2
2.2.1.
əməliyyat rəhbəri təliminin keçirilməsi
4 850,00
2.2.2.
sahə rəhbəri təliminin keçirilməsi
4 000,00
2.2.3.
bölmə/qrup rəhbəri təliminin keçirilməsi
2 550,00
2.2.4.
texniki tədqiqat rəhbəri təliminin keçirilməsi
2 550,00
2.2.5.
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə birinci və ikinci dərəcəli mütəxəssis
təliminin keçirilməsi
2 150,00
2.2.6.
partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi üzrə üçüncü və daha yüksək dərəcəli
mütəxəssis təliminin keçirilməsi
3 300,00
2.2.7.
informasiyanın idarə olunması və coğrafi informasiya
sistemi təliminin keçirilməsi
590,00
2.2.8.
minatəmizləmə fəaliyyətində orta və ya yuxarı
səviyyəli idarəetmə təliminin keçirilməsi
1 150,00
2.3.
Təkmilləşdirmə mərhələsi üzrə:
2.3.1.
minatəmizləmə təlimlərinin əsas ixtisas mərhələsi
üzrə təlimatçı təliminin keçirilməsi
1 400,00
2.3.2.
partlayıcı sursatların zərərsizləşdirilməsinin və məhv
edilməsinin bütün mərhələləri üzrə təlimatçı təliminin keçirilməsi
1 700,00
2.3.3.
keyfiyyətə təminat və nəzarət təliminin keçirilməsi
2 000,00
Qeyd. Bu cədvəlin 2-ci hissəsində qeyd olunan təlimlərin keçirilməsinə görə haqqın məbləği təlim müddətində 1 (bir) nəfər üçün müəyyən edilmişdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.