RU

Mossad rəhbəri: İrandakı missiyamız hələ başa çatmayıb

BAKI, 14 aprel. TELEQRAF

İsrail İran İslam rejiminin süqutuna kömək etməyincə sakitləşməyəcək.

Teleqraf xəbər verir ki, "The Jerusalem Post" qəzeti İsrailin Mossad kəşfiyyat agentliyinin direktoru David Barnea istinadən məlumat yayıb.

"Missiyamız hələ tamamlanmayıb. Döyüşlərin dayandırılması ilə missiyamızın dərhal başa çatacağını düşünmürdük, əksinə, davam etməyi planlaşdırdıq".

Qeyd edək ki, Mossad rəhbəri İranda rejim dəyişikliyi ilə bağlı rolu və fikirləri barədə ilk dəfə açıq fıkır səsləndirib.

“The Jerusalem Post” qəzetinin məlumatına görə, Mossad əvvəllər həm İsrail, həm də ABŞ-nin yüksək vəzifəli rəsmilərinə “hər hansı potensial rejim dəyişikliyinin yalnız İranla müharibədən sonra baş verəcəyini bildirib.

Избранный
24
teleqraf.com

1Источники