RU

Deputatların bunları etmək hüququ yoxdur AÇIQLAMA

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Millət vəkili Əlibala Məhərrəmzadə ilə jurnalist Cəlal Fərzəliyev arasında məhkəmə çəkişməsi deputatların biznes fəaliyyəti barədə müzakirələri yenidən gündəmə gətirib. Bildirilir ki, “7Times.az” saytında yayımlanan materiallar Quba rayonunda aparılan tikinti işləri ilə bağlı irəli sürülən iddialarla əlaqədardır və bu səbəbdən iş üzrə xüsusi ittiham qaydasında məhkəməyə müraciət olunub.

Belə ki, deputat şərəf və ləyaqətinin alçaldıldığını əsas gətirərək xüsusi ittiham irəli sürüb və cavabdehin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyini iddia edib.

Bu hadisə fonunda deputatların həm dövlət vəzifəsi daşımaları, həm də biznes fəaliyyəti ilə məşğul olub-olmaması məsələsi yenidən gündəmə gəlib.

Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, deputat seçilmiş şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının 89-cu maddəsinin dördüncü bəndinə əsasən, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər heç bir fəaliyyətlə məşğul ola bilməzlər:

“Buraya kommersiya fəaliyyəti də daxildir. Eyni zamanda deputat olan şəxs dövlət qurumlarında hər hansı vəzifə tuta bilməz. Yəni deputat olan şəxs nə biznes fəaliyyəti ilə məşğul ola, nə də başqa vəzifə daşıya bilər. Buna görə də qeyd etmək istəyirəm ki, hətta deputatlığa namizəd olan şəxslər belə namizəd olduqları vaxtdan etibarən şirkətlərdə və seçkili orqanlardakı vəzifələrini dayandırırlar. Bundan sonra isə onlar heç bir fəaliyyətlə məşğul ola bilməzlər”.

Vəkil əlavə edib ki, əgər həmin şəxslər hər hansı şirkətin təsisçisidirlərsə, bu status saxlanılır və onlar yalnız dividendlər əldə edə bilirlər:

“Lakin inzibati və ya seçkili orqanlarda vəzifə tutmaq hüququnu itirirlər. Yalnız pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bundan başqa, özü təsisçi kimi qalsa da, biznesini övladları, digər yaxınları da idarə edə bilərlər”.

Zaira Akifqızı

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
28
globalinfo.az

1Источники