RU

Sloveniyada NATO-dan çıxmaqla bağlı referendum təklifi

Sloveniya parlamentinin sədri Zoran Stevanoviçin açıqlamasından sonra ölkədə NATO-dan çıxmaqla bağlı mümkün referendum məsələsi müzakirə edilir.

Musavat.com xarici mediaya istinadıa xəbər verir ki, parlament sədri bu təklifi irəli sürərkən neytrallığı və digər ölkələrin münaqişələrində iştirak etməməyi müdafiə edib.

Stevanoviç bildirib ki, vətəndaşların ölkənin alyansla gələcək münasibətlərini müəyyən edə bilməsi üçün səsvermə keçirmək niyyətindədir. Siyasətçi hesab edir ki, Sloveniya daha müstəqil kurs yürütməli və ölkə xaricindəki münaqişələrə qarışmaqdan çəkinməlidir.

Siyasətçi həmçinin Moskvaya səfər etmək niyyətini də açıqlayıb. Bununla belə, o, mövqeyinin "Rusiyayönlü" olmadığını, sadəcə Sloveniyanın maraqlarına yönəldiyini iddia edir.

Referendum keçirilib-keçirilməməsi ilə bağlı hələlik yekun qərar yoxdur və hətta referendum keçirilsə belə, NATO-dan çıxmaq uzun siyasi və hüquqi prosedurlar tələb edəcək.

Musavat.com

Избранный
21
musavat.com

1Источники