RU

Keçmiş Laçın alayının komandiri haradadır?

Musavat.com-un növbəti həmsöhbəti keçmiş Laçın alayının komandiri, istefada olan polkovnik Arif Paşayevdir.

Bir müddət öncə Türkiyəyə gedən polkovnik hazırda Azərbaycandadır. O, bizimlə söhbəti zamanı bildirib ki, qardaş ölkəyə getməsinə səbəb səhhəti ilə bağlı yaranan narahatlıq olub.

"Cebheinfo.az" müsahibəni təqdim edir:

- Arif bəy, necəsiniz?

- Müalicələrim hələ bitməyib, davam edir. Bu günə şükür edirəm. Bizim ən böyük dərdimiz torpaqlarımızın işğal olunmasıydı, onu da azad etdik. Nə Rusiya, nə də Ermənistan Azərbaycanın belə gücə sahib olduğunu güman edirdi. Azərbaycan oğullarının qeyrəti sayəsində ermənilər “Kürə qədər işğal etmək” planını yerinə yetirə bilmədilər. 90-ların müharibəsi zamanı silah tapa bilmirdik. Hərbi geyimləri, silahları rusları tərk-silah edib anbarlardan götürürdük. Hətta silah əldə edərkən həyatını itirən insanlar oldu. O kişilərin başlatdığı işi onların oğulları tamamladı. Sonuncu qələbəyə kimi getdik.

- Gedib Laçını gəzmisiniz?

- İki-üç dəfə getmişəm. Laçında, Qubadlıda, Zəngilanda, Cəbrayılda, Şuşada, Xocalıda, Xankəndidə və Ağdamda olmuşam. Qeyri-adi, anlaşılmaz hisslər keçirdim. Qürur var idi. Təəssüf doğuran isə o idi ki, kəndlərdə daş üstündə daş qalmamışdı. Əsas odur ki, azad etdik. Viran qoyduqları evlərin yerində daha gözəli tikiləcək.

Laçın.jpg

- Laçına köçmək, orada yaşamaq üçün müraciət etmisinizmi?

- Ora gedəndə qayıtmaq belə istəmirdim. Ancaq mənim evim hələ tikilməyib. Tikintilər plan üzrə aparılır. Evim hazır olandan sonra böyük məmnuniyyətlə Laçına köçəcəyəm.

- Evinizin yerini tapa bildinizmi?

- Əlbəttə, mən oranı qarış-qarış tanıyıram. Özümün, atamın, babamgilin evinin hamısını tapa bildim. Müəyyən işarələr əsasında əmimin qəbrinin yerini də aşkarladım.

- Daim aktiv fəaliyyət göstərmisiniz. Pensiyaçı həyatı sizi darıxdırmır ki?

- Əlbəttə,  darıxıram. O, mənim həyat tərzim idi. Savaş insanın qanında olan bir şeydir. Zabitlik bir xarakterdir. Vətən müharibəsi zamanı iştirak etmək istədiyimizi bildirdik. Bizə deyildi ki, planlaşdırılmış döyüş aparılır, ehtiyac olarsa, müraciət edəcəklər.

"Cebheinfo.az" 

Избранный
6
2
cebheinfo.az

3Источники