RU

Sən kimsən belə danışırsan, həddini aşırsan

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Söhbət bizim millətimizə, xalqımıza gələndə orada heç vaxt biganə qala bilmərəm. Əgər mənim millətimə söz atıb, təhqir edirlərsə, cavabını verməliyəm. Cavab verməsəm, ürəyimdə qalır".

Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova türkiyəli müğənni Hadisə haqqında deyib. O, Hadisənin Bakı konserti zamanı Azərbaycan xanımlarının çox makiyaj etməsindən danışmasına sərt münasibət bildirib:

"Xoşuma gəlmədi, sözümü dedim. Deyir ki, Azərbaycan qadını çox makiyaj edir. Sən kimsən belə deyəsən? Hər şeyi şişirdirsən. Mən bir-bir saymayacağam. Səhnədə insan yaxşı görsənməlidir, amma o qədər yox. Həddini aşırsan və hədd aşmaqdan danışırsan".

Qeyd edək ki, B.Dadaşova sosial şəbəkədə də şərh yazaraq Hadisəni tənqid etmişdi.  (Axşam.az)

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
9
news.milli.az

10Источники