RU

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

2025-ci ildə Azərbaycanda sığorta şirkətlərinin investisiya portfeli 6 faiz və ya 93 milyon manat azalaraq 1 milyard 441 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət qiymətli kağızlarının emissiyasının azalması sığortaçıların investisiya seçimlərini məhdudlaşdırıb. Bu səbəbdən sığorta şirkətləri alternativ alətlərə yönələrək repo və əks-repo bazarında fəal iştirak edib.

Həyat sığorta şirkətlərinin aktivlərinin 67 faizi, qeyri-həyat sığorta şirkətlərinin isə 68 faizi investisiya portfelindən ibarətdir. İnvestisiya aktivləri əsasən dövlət və korporativ qiymətli kağızlar, həmçinin depozitlərdən təşkil olunub. 2025-ci ildə sığorta sektoru investisiya fəaliyyətindən 119,6 milyon manat gəlir əldə edib ki, bu da ümumi gəlirlərin 7,4 faizini təşkil edir. Hesabata görə, investisiya imkanlarının məhdud olmasına baxmayaraq, sığorta şirkətləri bazarda institusional investor kimi aktivliyini qoruyub saxlayır.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Избранный
4
3
azerbaijan-news.az

4Источники