RU

Trampdan Meloniya ittiham: “İran İtaliyanı iki dəqiqəyə məhv edər”

ABŞ Prezidenti Donald Tramp Roma Papası XIV Lev haqqında səsləndirdiyi fikirləri tənqid edən İtaliyanın Baş naziri Corca Meloniya qarşı kəskin ittihamlar irəli sürüb.

Tramp Melonini “qəbulolunmaz” adlandıraraq, onun İranın nüvə silahına sahib olub-olmamasına etinasız yanaşdığını bildirib. “Mən onun cəsarətli olduğunu düşünürdüm, lakin yanılmışam. Əgər imkanı olsa, İran İtaliyanı cəmi iki dəqiqəyə yerlə-yeksan edər” deyə Tramp “Corriere” nəşrinə müsahibəsində vurğulayıb.

KONKRET.az xəbər verir ki, Tramp İtaliya ictimaiyyətinə müraciət edərək, Meloninin ABŞ-ın neft tədarükü ilə bağlı istəklərinə kömək etməməsini tənqid atəşinə tutub. O, İtaliya xalqının öz baş nazirinin bu mövqeyindən məmnun olmadığına inandığını ifadə edib. Trampın sözlərinə görə, o, İtaliyadan hərbi və enerji dəstəyi istəsə də, rəsmi Roma buna maraq göstərməyib. ABŞ lideri bu vəziyyəti Alyansın zəifliyi ilə əlaqələndirərək, NATO-nu “kağız pələng” adlandırıb və İtaliyanın təhlükəsizlik məsələlərindəki laqeydliyini kəskin pisləyib.

Natiq Səlim,
KONKRET.az

Избранный
34
23
konkret.az

10Источники