RU

Balakənin kəndlərində subasma halları aradan qaldırılır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Balakən, 14 aprel, AZƏRTAC

Balakən rayonu ərazisinə ötən gün yağan intensiv yağışlardan sonra Qabaqçöl qəsəbəsində, bir neçə kənddə həyətlərə, təsərrüfatlara su dolub, sakinlərə ziyan vurulub.

Balakən rayon Fövqəladə Hallar Komissiyasının üzvü Hacı Muradovun AZƏRTAC-ın bölgə müxbirinə veridiyi məlumata görə, təbii fəlakət hadisəsi ilə bağlı yaradılan qərargahın üzvləri artıq ikinci gündür kəndlərdə küçə və yolların, həyətlərin sudan təmizlənməsi istiqamətində işləri davam etdirirlər.

Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev subasmadan sonra kəndlərə baş çəkib, həyata keçirilən işlərlə tanış olub, işlərin sürətləndirilməsi üçün əlavə qüvvə və texnikanın cəlb olunması məqsədilə rayonun digər strukturlarına tapşırıqlar verib.

Ötən gün intensiv yağışlardan sonra həyətini su basan sakinlərdən biri də Gərəkli kəndində şəhid atası Cavid Muradov olub. Fövqəladə Hallar Komissiyasının üvləri dərhal əraziyə baxış keçirib, həyətdən suyun kənarlaşdırılması üçün əlavə arx və kanal çəkərək qısa müddətdə problemi aradan qaldırıblar.

Hacı Muradovun sözlərinə görə, həyata keçirilən işlər nəticəsində əksər kəndlərdə küçə və yollardan sular təmizlənərək arxlara yönləndirilib. Həyətlərin də sularının çəkilməsi istiqamətində işlər davam etdirilir.

Komissiyadan o da bildirilib ki, təbii fəlakətin aradan qaldırıldığı yaşayış məntəqələrində əhalinin enerji təminatında problem yaranmayıb.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
azertag.az

1Источники