RU

Sumqayıtın bəzi yollarında çökmələr baş veribVİDEO

Sumqayıt şəhərində bir neçə ərazidə yol örtüyünün çökməsi ciddi problemlərə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin müxtəlif nöqtələrində ümumilikdə 5 yerdə çökmə hadisəsi baş verib.

Bəzi ünvanlarda vəziyyət daha kritiktir. Yolun tam yararsız hala düşməsi səbəbindən avtomobillərin hərəkəti məhdudlaşdırılıb, hətta bəzi istiqamətlərdə yollar müvəqqəti olaraq bağlanıb.

Hadisə yerində artıq aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər görülməyə başlanılıb. Ərazilərdə qazıntı və təmir işləri aparılır, çökmənin səbəbləri araşdırılır və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilir. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən "Xəzər Xəbər"ə verilən məlumata görə, baş verən hadisələr əsasən son günlər normadan artıq yağan intensiv yağışlarla əlaqədardır.

Bildirilib ki, güclü yağıntı nəticəsində yeraltı kommunikasiya xətlərində yüklənmə yaranıb və bu da torpaq qatının zəifləməsinə, nəticədə yol örtüyünün çökməsinə səbəb olub. Qurumdan onu da qeyd ediblər ki, hazırda problemli ərazilərdə vəziyyət nəzarət altındadır və aradan qaldırılması üçün zəruri işlər görülür. Təmir-bərpa prosesinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
22
xezerxeber.az

1Источники