RU

Azərbaycan millisi Çexiyaya uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Həbib Ağayevinin komandası Çexiya ilə üz-üzə gəlib. Xorvatiyanın Luçko şəhərindəki keçirilən qarşılaşma rəqibin 9:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, U-19 yığmamız bundan öncə Xorvatiyaya 0:6 hesabı ilə məğlub olub

Qeyd edək ki, Azərbaycan millisi aprelin 17-də Gürcüstanla üz-üzə gələcək.

Избранный
7
unikal.az

1Источники