RU

Trampdan Londona çağırış: Şimal dənizi açılmalı, enerji siyasəti dəyişməlidir!

ABŞ prezidenti Donald Tramp Avropanın artan enerji ehtiyacına diqqət çəkərək Böyük Britaniyanın Şimal dənizindəki neft ehtiyatlarından daha aktiv istifadə etməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək Britaniya hökumətinin enerji siyasətini tənqid edib. O qeyd edib ki, Birləşmiş Krallıq dünyanın ən böyük neft yataqlarından biri hesab olunan Şimal dənizindən kifayət qədər istifadə etmir.

“Bu, necə də faciəvidir”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, Böyük Britaniya bu potensialdan yararlanmaq əvəzinə Norveçdən daha yüksək qiymətə neft idxal edir: “Norveç bundan böyük gəlir əldə edir. Halbuki enerji baxımından daha üstün imkanlara malik olan Böyük Britaniya qazma işlərini genişləndirməlidir. Bunun edilməməsi tamamilə absurddur. Sadəcə külək enerjisinə güvənmək kifayət deyil”.

ABŞ və İran arasında davam edən gərginliyin qlobal enerji bazarlarına təsir göstərməsi fonunda Böyük Britaniyada Şimal dənizində yeni neft və qaz kəşfiyyatı lisenziyalarının verilməsi ilə bağlı çağırışlar da güclənir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
29
turkustan.az

1Источники