RU

Arne Slot Salahı yenə ehtiyatda saxlayacaq

Bu gün “Liverpul” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda PSJ-ni qəbul edəcək.

90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi səfərdə 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Mersisayd təmsilçisinin hücumçusu Məhəmməd Salah qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayacaq. Start heyətinin təxminən bir saat sonra açıqlanacağı bildirilir.

Qeyd edək ki, ilk oyunda Məhəmməd Salah 90 dəqiqə ərzində ehtiyatda qalmışdı.

Əlavə edək ki, 2025/2026 mövsümünün sonunda Məhəmməd Salah “Liverpul”dan ayrılacaq. Bu səbəbdən bugünkü qarşılaşma onun “qırmızılar”ın heyətində Çempionlar Liqasındakı son oyunu ola bilər.

Избранный
43
90deqiqe.az

1Источники