RU

Vaşinqtonda 30 illik buzlar əridi – Tramp masaya “Hizbullah şərti” qoydu

Vaşinqtonda İsrail və Livan nümayəndə heyətləri arasında uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlar başlayıb.

Musavat.com xəbər verir ki, bu, tərəflər arasında 1993-cü ildən bəri baş tutan ilk rəsmi təmas kimi qiymətləndirilir.

ABŞ nümayəndə heyətində dövlət katibi Marko Rubio, Beyrutdakı səfir Mişel İssa və Dövlət Departamentinin müşaviri Maykl Nidhem yer alıb. İsrail və Livan nümayəndə heyətlərinə isə səfirlər Yexiel Leyter və Nada Həmmadə Moavad rəhbərlik edir.

Danışıqların başladığı bir vaxtda ABŞ prezidenti Donald Tramp proseslə bağlı sərt mesaj verib. O bildirib ki, Livan yalnız Hizbullah hərəkatından qurtulduğu halda İsraillə sülh sazişi bağlaya bilər.

 

Musavat.com

Избранный
36
34
musavat.com

10Источники