RU

Çin şirkətindən qəribə ixtira: Maşınların içində TUALET OLACAQ – FOTO

Çin avtomobillərində tualetlər quraşdırılacaq: Şirkət yeni ixtirasını patentləşdirib

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Çin istehsalı olan avtomobillərdə tualetlər peyda olacaq. Belə ki, “Seres” şirkəti irəli çəkilə bilən tualet quraşdırılmış xüsusi avtomobil oturacağını patentləşdirib.

Məlumata görə, “unitaz” oturacağın altında gizlədilir və lazım gəldikdə xüsusi relslər vasitəsilə alt hissədən çıxır. Şirkət bu qeyri-adi ixtiranı avtomobillər üçün əlavə aksesuar kimi satmağı planlaşdırır.

Məsələnin ən narahatedici tərəfi isə odur ki, bu yeni sistemdə yuyulma (su çəkmə) və ya qoxunun neytrallaşdırılması mexanizmi barədə hələ ki heç bir məlumat verilmir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
22
interpress.az

1Источники