RU

Fransanın prezident sarayında axtarış: Makron təşvişə düşdü

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fransa polisinin əməkdaşları mümkün maliyyə pozuntuları ilə bağlı istintaq çərçivəsində Yelisey Sarayında axtarışlar aparıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Le Canard enchaine” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, istintaq orqanlarının diqqətini 2002–2024-cü illər arasında Parisdəki Panteonda tanınmış mədəniyyət və ictimai xadimlərin dəfn mərasimlərinin təşkili ilə bağlı onlarla müqavilə cəlb edib. Bildirilir ki, həmin mərasimlərin hamısı iri tədbirlərin təşkili üzrə ixtisaslaşmış eyni şirkət, “Shortcut Events” tərəfindən həyata keçirilib.

Hər bir mərasimin Fransa dövlətinə təxminən 2 milyon avroya başa gəldiyi qeyd olunur. Məlumata görə, istintaqçılar “Shortcut Events” şirkətinə Milli Muzeylər Mərkəzi, Mədəniyyət Nazirliyi və ya Yelisey Sarayı tərəfindən hər hansı xüsusi imtiyazların verilib-verilmədiyini araşdırırlar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
39
9
globalinfo.az

10Источники