Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ və İran arasındadanışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.
Trend-inməlumatına görə, bu barədə A. Quterreş jurnalistlərə deyib.
O, uzun sürən və mürəkkəb münaqişənin ilk sessiyada həlledilməsi gözləntisini qeyri-real adlandırıb.
"Deməliyəm ki, bu danışıqların davam etdirilməsinin son dərəcəvacib olduğunu düşünürəm. Düşünürəm ki, belə mürəkkəb və uzunmüddətdir davam edən bir məsələnin danışıqların ilk sessiyasındahəll olunacağını gözləmək qeyri-real olardı. Ona görə də,danışıqların davam etməsinə və danışıqlar davam etdikcə atəşkəsinqorunmasına ehtiyacımız var", - deyə o bildirib.