Heç vaxt nikahda olmayan insanlar onkoloji xəstəliklərlə daha tez-tez qarşılaşa bilərlər.
Publika.az xəbər verir ki, Mayami Universitetinin tədqiqatçıları milyonlarla tibbi hadisəni təhlil edərək belə qənaətə gəliblər. Elmi iş "Cancer Research Communications" (CRC) jurnalında dərc olunub.
Alimlər 2015–2022-ci illər ərzində ABŞ-ın 12 ştatında 30 yaşdan yuxarı şəxslər arasında 4 milyondan çox xərçəng hadisəsini araşdırıblar. Məlum olub ki, heç vaxt evli olmayan kişilərdə xəstələnmə göstəricisi nikahda olan və ya olmuş şəxslərlə müqayisədə 68%, qadınlarda isə 85% daha yüksəkdir.
Lakin tədqiqatçılar vurğulayıblar ki, bu, “evlilik xərçəngdən qoruyur" kimi təsnif edilməməlidir.
"Bu o deməkdir ki, partnyoru olmayan insanlar risk faktorlarına qarşı xüsusilə diqqətli olmalı, skrininqlərdən keçməli və sağlamlıqlarını izləməlidirlər", — deyə klinik psixoloq Frenk Penedo qeyd edib.