RU

Fransa şirkəti terrorizmi maliyyələşdirməkdə təqsirli bilinib

Paris məhkəməsi Fransanın sement istehsalçısı olan “Lafarge” şirkətini və onun rəhbər şəxslərini 2013–2014-cü illərdə Suriyada terrorizmin maliyyələşdirilməsində təqsirli hesab edib.

AZƏRTAC xəbər verir ki, məhkəmənin qərarına görə, şirkət Suroyadakı fabrikinin fəaliyyətini davam etdirməsi üçün terrorçu qruplara, o cümlədən İŞİD-ə 5,6 milyon avro ödəyib. Bu isə onların 2015-ci ilin yanvar ayında Fransada törədilən terror aktlarını hazırlamalarına imkan yaradıb.

Məhkəmənin qərarına əsasən, “Lafarge” 1,125 milyon avro cərimə ödəməlidir. Bundan əlavə, şirkət və 4 keçmiş rəhbər 4,57 milyon avro gömrük cəriməsi ödəməyə məhkum edilib. Eləcə də şirkətin Suriya filialının keçmiş direktoru Brüno Peşö 5 il həbs cəzası və 225 min avro, “Lafarge”nin sabiq baş direktorunun müavini Kristian Herol 5 il həbs və 225 min avro, “Lafarge”nin keçmiş baş icraçı direktoru Brüno Lafon isə 6 il həbs və 225 min avro cərimə ilə cəzalandırılıb.

Qərardan apellyasiya şikayətinin verəcəyi bildirilib.

Избранный
14
1
yeniazerbaycan.com

2Источники