RU

Nissan 11 modelinin istehsalını dayandırır

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaponiyanın avtomobil nəhəngi Nissan satış göstəriciləri aşağı olan 11 modelini istehsaldan çıxarmağa hazırlaşır. Şirkətin həyata keçirdiyi genişmiqyaslı yenidənqurma tədbirləri nəticəsində mövcud 56 modelin sayı 45-ə endiriləcək. Bu qərar brendin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.Demokrat.az xəbər verir ki, yeni strategiya xərcləri azaltmaq məqsədilə bəzi modellərin ailələr şəklində birləşdirilməsini və istehsal prosesinə süni intellekt texnologiyalarının tətbiqini nəzərdə tutur. İstehsalı dayandırılacaq avtomobillərin siyahısı əsasən aşağı səmərəlilik nümayiş etdirən modelləri əhatə edəcək. Bununla belə, brendin simvoluna çevrilmiş məşhur Z və GT-R idman avtomobilləri xəttdə qalmağa davam edəcək.Nissan gələcək fəaliyyətində əsas diqqət mərkəzində olacaq bazarları da müəyyənləşdirib. Şirkət ABŞ, Yaponiya və Çin bazarlarına üstünlük verəcək, lakin Avropa bu siyahıya daxil edilməyib. Brend 2030-cu ilə qədər ABŞ-da illik satış həcmini 1 milyon ədədə çatdırmağı hədəfləyir. Bu rəqəm 2025-ci ildəki satış göstəriciləri ilə müqayisədə təxminən 8 faiz artım deməkdir.Süni intellekt texnologiyaları şirkətin gələcək planlarında mühüm yer tutur. Bu texnologiyadan həm sürücüyə yardım sistemlərində, həm də avtomobilin idarə edilməsində geniş istifadə olunacaq. Nissan 2030-cu ilə qədər istehsal etdiyi bütün modellərin 90 faizini süni intellekt sistemləri ilə təchiz etməyi planlaşdırır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
demokrat.az

1Источники