RU

Media: ABŞ İranla iş apardıqlarına görə Çin, BƏƏ və Oman banklarını sanksiyalarla hədələyir

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

ABŞ Çin və onun Honkonq Xüsusi İnzibati Bölgəsində, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omanda İranla işgüzar əlaqələri olduğu ehtimal edilən bəzi banklara qarşı sanksiyalar tətbiq etməklə hədələyir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” ABŞ Dövlət Departamentinin məktubuna istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, adıçəkilən ölkələrin maliyyə qurumlarına göndərilən sənəddə İran ilə işgüzar əlaqələrin riskləri və ikinci dərəcəli sanksiyaların mümkünlüyü barədə xəbərdarlıq yer alıb.

Dövlət Departamentinin məlumatına əsasən, İran 2024-cü ildə əsasən Honkonq və BƏƏ-də yerləşən “shell” şirkətlərdən istifadə edərək ABŞ-dəki müxbir hesablar vasitəsilə ən azı 9 milyard dollar köçürmə həyata keçirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
50
azertag.az

10Источники