RU

Avropa Hörmüzə ABŞ-siz girir – yeni hərbi plan

Avropa ölkələri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ-dən kənar ayrıca plan üzərində işləyir.

Musavat.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya və Fransanın təşəbbüsü ilə hazırlanan planın əsas məqsədi hərbi əməliyyatlar başa çatdıqdan sonra beynəlxalq gəmiçilik şirkətlərinə boğazdan istifadə üçün etimad yaratmaqdır.

Məlumata görə, Avropa dövlətləri Hörmüz boğazında maneəsiz gəmi hərəkətini təmin etmək üçün geniş beynəlxalq koalisiya qurmağı nəzərdən keçirir. Bu çərçivədə mina axtaran və digər hərbi gəmilərin bölgəyə göndərilməsi planlaşdırılır.

Eyni zamanda vurğulanır ki, təşəbbüs yalnız müharibədən sonra reallaşa bilər və əsas diqqət ABŞ-nin bu prosesdən kənarda saxlanılmasına yönəlib.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, plan “döyüşən tərəflərin” iştirak etmədiyi beynəlxalq müdafiə missiyasını nəzərdə tutur. Bu isə ABŞ, İsrail və İranın bu missiyaya daxil edilməyəcəyi anlamına gəlir.

Avropa diplomatları qeyd edir ki, mümkün missiya çərçivəsində fəaliyyət göstərəcək gəmilər ABŞ komandanlığı altında olmayacaq.

 

Musavat.com

Избранный
17
6
musavat.com

10Источники