Idman.biz saytına istinadən ain.az xəbər verir.
PSJ, “Liverpul”u 2:0 (ümumi hesabla 460) məğlub edərək ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlib.
İdman.Biz bildirir ki, 2023/2024 Çempionlar Liqasında parislilər eyni mərhələdə “Barselona”nı məğlub etmişdilər (2:3, 4:1). Ötən mövsüm Fransa komandası “Aston Villa” üzərində qələbə (3:1, 2:3) sayəsində yarımfinala yüksəlmişdi.
Cari mövsümdə Paris klubu yarımfinalda “Real Madrid” – “Bavariya” cütünün qalibi ilə oynayacaq.
Yarışın 1/8 final mərhələsində parislilər “Çelsi”ni ümumi hesabda 8:2 hesabı ilə məğlub ediblər.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.