RU

Zelenski “Patriot” raketlərinin Ukraynaya çatdırılmasının ləngiyə biləcəyini bildirib

BAKI, 15 aprel. TELEQRAF

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ tərəfindən “Patriot” zenit-raket kompleksləri üçün raketlərin tədarükündə gecikmələrin ola biləcəyini istisna etməyib.

Teleqraf xəbər verir ki, o, bu barədə Norveçin baş naziri Yonas Qar Stere ilə keçirdiyi mətbuat konfransında danışıb.

“Qorxuram ki, bu raketləri bizə, hətta Avropa vəsaiti hesabına belə, ləng şəkildə ötürə bilərlər”, - deyə Zelenski Ukraynanın “Strana.ua” nəşrinə istinadən qeyd edib.

Qeyd edək ki, Zelenski səfər çərçivəsində Osloda olub.

Məlumata görə, Ukrayna və Almaniya arasında 4 milyard avro dəyərində yeni müdafiə paketi də razılaşdırılıb.

Избранный
13
23
teleqraf.com

10Источники