RU

İsrailin ABŞ-dəki səfiri Vaşinqtonda Livanla danışıqları uğurlu adlandırıb

İsrailin ABŞ-dəki səfiri Yehiel Layter Vaşinqtonda keçirilən Livan-İsrail əlaqələrinin ilkin mərhələsinə müsbət qiymət verib.

"Report" xəbər verir ki, diplomat görüş başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, hər iki tərəf Livanın radikal "Hizbullah" hərəkatına qarşı durmağın zəruriliyi barədə ümumi anlayışa gəlib. "Danışıqlar əla, çox əlverişli atmosferdə keçdi. Biz hamımız həmrəyik ki, Livan "Hizbullah"ın təsirindən xilas olmalıdır, - səfir bildirib.

İsrailin Livana hücumları ilə bağlı sualı cavablandıran diplomat baş verənlərə görə məsuliyyəti "Hizbullah"ın üzərinə atıb.

"İsraillilər səhər saatlarında öz sərhədlərindən kənara raket atmaq üçün qalxmırlar. Bizim dinc vətəndaşlarımıza raketlər göndərilir və buna son qoyulacaq. Terror təşkilatının yaşayış məntəqələrimizi sistematik şəkildə atəşə tutmasına icazə verməyəcəyik və bu cür suallar verən hər kəs bunu dərk etməlidir.

Livan tərəfi bunu dərk edir, ümid edirəm ki, media da bunu dərk edir", - səfir əlavə edib.

Xatırladaq ki, aprelin 14-də Vaşinqtonda ABŞ-ın himayəsi altında Livan-İsrail təmaslarının ilkin raundu keçirilib, orada atəşkəsə nail olmaq üçün sülh danışıqlarının başlama tarixi müəyyənləşdirilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin ABŞ-dəki səfirləri Nada Hammade-Müavvad və Yehiel Liayter rəhbərlik edirdi.

Избранный
33
34
far.az

10Источники