RU

İranla işləyənləri sanksiyalarla hədələdilər

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Maliyyə Nazirliyi İranla maliyyə əlaqələri olan xarici banklara qarşı sanksiyalar tətbiq edə biləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin Çin, Honkonq, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxil olmaqla, bir sıra ölkələrin maliyyə qurumlarına göndərdiyi məktubda bildirilir.

Nazirlik xəbərdarlıq edib ki, İranla əməkdaşlıq edən banklar “ikinci dərəcəli sanksiyalar” riski ilə üz-üzə qala bilər. Rəsmi Vaşinqton bu ölkələrdə fəaliyyət göstərən bəzi maliyyə institutlarını İranın qanunsuz maliyyə əməliyyatlarına şərait yaratmaqda ittiham edir.

Məktubda qeyd olunur ki, İran 2024-cü ildə ABŞ müxbir hesabları vasitəsilə azı 9 milyard dollar həcmində vəsaiti emal edib. Bu əməliyyatların xüsusilə Honkonq və BƏƏ ərazisində fəaliyyət göstərən gizli şirkətlər üzərindən həyata keçirildiyi bildirilir.

Vurğulanıb ki, qurum mövcud səlahiyyətlərindən tam istifadə etməyə hazırdır. Bildirilib ki, İranın fəaliyyətlərini dəstəkləyən xarici maliyyə institutlarına qarşı əlavə sanksiyalar tətbiq oluna bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
41
qafqazinfo.az

10Источники