RU

ABŞ Sakit Okeanda gəmiyə zərbə endirdi

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib.

Publika.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Cənub Komandanlığı (SOUTHCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Southern Spear ('Cənub nizəsi') əməliyyat qrupu terror təşkilatı tərəfindən idarə olunan gəmiyə zərbə endirib. Kəşfiyyat məlumatlarına görə, gəmi Sakit okeanın şərqində məlum narkotrafik marşrutu ilə hərəkət edirdi", - məlumatda deyilir.

Komandanlığın bildirdiyinə görə, hücum nəticəsində dörd kişi zərərsizləşdirilib.

Избранный
22
13
publika.az

10Источники