RU

ABŞ İranla iqtisadi münasibətləri normallaşdıracaq razılaşmaya hazırdır

BAKI, 15 aprel. TELEQRAF

ABŞ İranla iqtisadi münasibətlərin normallaşdırılmasını nəzərdə tutan genişmiqyaslı razılaşma təklif edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Corciya ştat universitetində keçirilən forumda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp kiçik deyil, “böyük razılaşma” əldə etməyə çalışır.

Vens qeyd edib ki, Vaşinqton Tehrana sadə şərt irəli sürür: əgər İran “normal dövlət kimi davranmağa” hazır olsa, ABŞ da ona iqtisadi baxımdan “normal ölkə kimi yanaşmağa” hazırdır.

Vitse-prezident vurğulayıb ki, bu cür razılaşma əvvəlki ABŞ administrasiyalarının imkanları xaricində olub və hazırda bu istiqamətdə danışıqlar aparılır.

Избранный
19
50
teleqraf.com

10Источники