RU

Vens: ABŞ İranla danışıqları davam etdirmək niyyətindədir

BAKI, 15 aprel. TELEQRAF

ABŞ İranla danışıqları davam etdirməkdə qərarlıdır və tərəflərin razılaşmaya maraqlı olduğunu hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Corciya ştat universitetində keçirilən forumda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları xoş niyyətlə aparır və bu prosesi davam etdirməyi planlaşdırır: “Bu məsələni bir gecədə həll etmək mümkün deyil. Amma hesab edirəm ki, eyni masa arxasında oturduğumuz tərəf razılaşma əldə etmək istəyir”.

Vens qeyd edib ki, ABŞ prezidenti Donald Tramp administrasiyaya İranla danışıqları davam etdirməyi tapşırıb.

O bildirib ki, Vaşinqton Tehrana nüvə silahı hazırlamaq imkanından imtina müqabilində “qlobal iqtisadiyyata qoşulmaq” imkanı təklif edir.

Vitse-prezident əlavə edib ki, İslamabadda İran nümayəndə heyəti ilə aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub. Onun sözlərinə görə, hazırda atəşkəs rejimi qüvvədə qalır.

Избранный
22
50
teleqraf.com

10Источники