RU

Tramp ailəsi Bitcoinin ucuzlaşması səbəbindən 1 milyard dollardan çox itirib

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın oğulları Erik və Donald Tramp Jr. ailə vəsaitlərinin təxminən 2,4 milyard dollarını Bitcoinə yatırmışdılar, bazarın daha da artacağına ümid edirdilər. Lakin kriptovalyutanın ucuzlaşması böyük itkilərə səbəb olub.

Bizimyol.info xəbə verir ki, bu barədə "Moneywise" məlumat verib.

Nəşrin məlumatına görə, Tramp yenidən seçildikdən sonra ailə kripto bazarında fəallığını artırıb. Xüsusilə, onlar "Trump Media & Technology Group"un səhmlərini və konvertasiya edilə bilən istiqrazlarını sataraq əldə olunan vəsaiti Bitcoin və bir sıra digər rəqəmsal aktivlərə, o cümlədən Cronos tokeninə yatırıblar.

Bazarın zirvəsində optimist gözləntilər hökm sürürdü: Bitcoin 110–119 min dollar səviyyəsini keçmişdi və ABŞ-da milli rəqəmsal aktivlər ehtiyatı yaradılması təşəbbüsləri müzakirə olunurdu. Lakin 2025-ci ilin sonuna doğru investorlar riskli aktivlərdən çıxmağa başladı və bu, kripto bazarının düşməsinə səbəb oldu.

Bazar üzərində əlavə təzyiqi isə ABŞ Federal Ehtiyat Sistemi yaratdı: əsas faiz dərəcəsinin saxlanılması Bitcoinin qiymətini aşağı saldı və ailənin portfelinin dəyəri daha da azaldı.

Hazırda aktivlərin ümumi qiyməti təxminən 1,4 milyard dollar təşkil edir. İtkilərə baxmayaraq, ailə nümayəndələri sərmayələri uzunmüddətli yatırım kimi gördüklərini və qısa müddətli bazar dalğalanmalarına görə qərar vermədiklərini bildirirlər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
50
bizimyol.info

10Источники