RU

Tullantıdan pul qazanırlar: Həm evdar xanım, həm də iş xanımı oldular FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Türkiyənin Qaziantep bölgəsində dərzilik kursuna qatılan qadınlar ətraflarından topladıqları parça tullantılarından və evdə istifadə etmədikləri əşyalardan yeni geyimlər hazırlayaraq ailə büdcəsinə böyük töhfə verirlər.

Milli.Az xəbər verir ki, Qaziantepin Şahinbey rayonunda fəaliyyət göstərən sosial obyektdə dərzi kurslarına qatılan qadınlar tekstil tullantılarını aksesuarlara və müasir geyimlərə çevirirlər. Xanımlar evlərindən gətirdikləri köhnə parçaları dərzi maşınlarında tikərək hazırladıqları məhsulları satır və öz iqtisadi azadlıqlarını qazanırlar.

Kurs qadınlara təkcə pul qazandırmır, həm də onların sosial həyata qatılmasına kömək edir.

Xanımlar öz geyimlərini tikir, qızları üçün cehizlik hazırlayırlar.

Peşəkarlaşan qadınlar artıq kənardan sifarişlər alır və hazırladıqları məhsulları müxtəlif sərgilərdə və "Ramazan küçəsi" kimi tədbirlərdə satırlar.

Kurs iştirakçıları burada vaxt keçirməyin onlara həm də psixoloji cəhətdən çox yaxşı təsir etdiyini, dincəldiklərini bildirirlər.

Kurs müəllimi Derecik: "Məqsədimiz qadınlara peşə öyrətməkdir. Artıq hamı fərdi sifarişlər alır və evinə pul aparır. İndi istəyimiz bu məhsulları daha rahat sata biləcəyimiz daimi bir bazar mühitinin yaradılmasıdır."

Təcrübəçi: "Uzaq yerdən gəlmişəm, burada özümə yeni bir səhifə açdım. Düzəltdiyim çantaları sosial media üzərindən satıram. Bura mənə xoşbəxtlik verir."

Təcrübəçi: "Evdə köhnə cins parçalarım və yataq dəstlərim vardı. Onlardan piknik çantası tikdim. İndi uşaqlarımla gəzintiyə gedəndə çox rahat istifadə edirəm."

Təcrübəçi: "5 ildir bura gəlirəm. Köhnə parçaları gözəlləşdirib yeni məhsula çevirmək bizi çox xoşbəxt edir."Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
50
news.milli.az

10Источники