RU

Mühərrikin "ömrünü" uzadan maye: Antifrizi nə vaxt və necə dəyişməli?

"Avtomobilin antifrizini yeniləmək mühərrikin stabil işləməsini təmin etmək üçün çox vacibdir. Köhnəlmiş mayedən istifadə ciddi nasazlıqlara səbəb olur ki, bu da sonradan sürücünün təmir üçün xeyli vəsait xərcləməsinə yol açır".


Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə rusiyalı mütəxəssis Nikita Rodionov məlumat verib.


Ekspertin sözlərinə görə, antifriz istilik enerjisinin daşıyıcısı rolunu oynayır və mühərriki aktiv şəkildə qoruyur. Lakin zaman keçdikcə mayenin tərkibindəki aşqarlar öz effektivliyini itirir. Nəticədə oksidləşmə prosesləri başlayır və antifrizin qoruyucu baryeri aqressiv mühitə çevrilir. Soyuducu mayenin vaxtında dəyişdirilməsi silindrlər blokunun kanallarında həddən artıq qızmanın və korroziyanın qarşısını alır.


Antifrizin yararsız olduğunu göstərən əsas əlamətlər:


Rəngin və şəffaflığın dəyişməsi: Maye bulanıq, paslı və ya qəhvəyi rəngdədirsə, deməli, oksidləşmə prosesi artıq başlayıb.


Çöküntülər: Mayedə lopa-lopa hissəciklərin və ya yağlı emulsiyanın yaranması antifrizin köhnəldiyindən xəbər verir.


Sıxlığın azalması: Soyuducu mayenin sıxlığı düşərsə, istilikkeçirmə qabiliyyəti azalır və avtomobilin soyutma sistemi pozulur.


Nikita Rodionov vurğulayıb ki, antifrizi dəyişdirərkən sadəcə köhnə mayeni boşaldıb yenisini doldurmaq kifayət deyil. Bütün sistem distillə edilmiş su və ya xüsusi təmizləyici tərkiblərlə yuyulmalıdır. Bu, sistemdəki ərp çöküntülərini tamamilə təmizləməyə kömək edir. Həmçinin müxtəlif növ antifrizləri qarışdırmaq olmaz, çünki bu, çöküntü yarada bilər. Yalnız texniki qaydalara riayət etməklə mühərriki bahalı təmirdən qorumaq mümkündür.

Tarix: 15 Aprel 2026, 08:19   
Избранный
15
28
pravda.az

10Источники